Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə energetiklərin peşə bayramı qeyd olunub

21 oktyabr 2024 | 11:41
Rayon İcra Hakimiyyəti başçısının müavini Rüfət Sahibsoyun da iştirak etdiyi tədbir iştirakçıları əvvəlcə Şəmkir şəhərinin mərkəzində yerləşən Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə bildirib ki, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” istilik elektrik stansiyasının (İES) birinci enerji bloku ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib, bununla da Azərbaycan elektroenergetikasının inkişafında yeni mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsi bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.
Çıxış edənlər energetiklərə səmərəli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıblar.
Keçidlər