Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Energetiklər Günü qeyd olundu.

20 oktyabr 2026 | 15:27
Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rəşad Tağıyevin də iştirak etdiyi tədbir iştirakçıları şəhərin mərkəzində yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad etdilər.
Tədbirdə çıxış edən Rəşad Tağıyev energetikləri peşə bayramı münasibətilə təbrik edərək, 20 Oktyabr – Energetiklər Gününün ölkənin enerji sektorunun inkişafında çalışan insanların əməyinə verilən dəyərin ifadəsi olduğunu vurğuladı.
İcra başçısı qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasında energetika sahəsinin modernləşdirilməsi, enerji təhlükəsizliyinin təmin olunması və bu sahənin iqtisadiyyatın əsas dayaqlarından biri kimi inkişaf etdirilməsi mühüm yer tutub. Ümummilli Liderin əsasını qoyduğu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkənin enerji potensialının genişləndirilməsinə, infrastrukturun yenilənməsinə və müasir enerji sisteminin formalaşdırılmasına şərait yaradıb.
Rəşad Tağıyev bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, elektrik enerjisi istehsalı və ötürülməsi infrastrukturunun təkmilləşdirilməsi, eləcə də bərpaolunan enerji mənbələrinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu siyasət ölkənin iqtisadi inkişafına, enerji təminatının etibarlılığının artırılmasına və Azərbaycanın regional enerji əməkdaşlığında mövqeyinin güclənməsinə mühüm töhfə verir.
İcra başçısı energetika sahəsində çalışan mütəxəssislərin üzərinə düşən məsuliyyəti qeyd edərək onların fasiləsiz və keyfiyyətli enerji təminatında, əhalinin və iqtisadiyyatın tələbatının ödənilməsində mühüm rol oynadıqlarını bildirib, bütün energetiklərə fəaliyyətlərində uğurlar arzuladı.
Keçidlər