Şəmkirdə əmək yarmarkası keçirilib
22 aprel 2024 | 16:58
Şəmkir rayon İcra Hakimiyyətinin və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə Şəmkirdə növbəti əmək yarmarkası keçirilib.
Şəmkir şəhər Heydər Əliyev mərkəzində baş tutan yarmarkada rayonda fəaliyyət göstərən 18 işəgötürən tərəfindən 110 vakansiya təqdim edilib. İşsiz və işaxtaran şəxslər təqdim olunmuş vakansiyalarla tanış olub, işəgötürənlər tərəfindən uyğun namizədlərlə müsahibələr keçirilib.
Eyni zamanda Dövət Məşğulluq Agentliyinin yerli qurumu tərəfindən yarmarkada iştirak edən şəxslərə Agentliyin aktiv məşğulluq tədbirləri barədə məlumat verilib.