Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə əmək yarmarkası keçirilib

26 may 2026 | 09:57
Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəmkirdə növbəti əmək yarmarkası təşkil olunub.
Yarmarkada iqtisadiyyatın müxtəlif sferalarında fəaliyyət göstərən 15 müəssisə tərəfindən 92 vakansiya təqdim olunub.
Tədbirdə işsiz və işaxtaran vətəndaşlar vakansiyalarla tanış olub, uyğun hesab edilən şəxslərin CV-i qəbul edilib və müvafiq göndərişlər verilib.
Bununla yanaşı iştirakçılara Agentliyin icra etdiyi aktiv məşğulluq tədbirləri, həmçinin Gəncə Peşə Hazırlığı Mərkəzi tərəfindən təşkil olunan peşə hazırlığı kursları haqqında məlumat verilib.
Keçidlər