Şəmkirdə əmək yarmarkası keçirilib - 2025
Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının təşkilatçılığı ilə Şəmkirdə növbəti əmək yarmarkası təşkil olunub.
Şəmkir Olimpiya İdman Kompleksində baş tutan yarmarkada iqtisadiyyatın müxtəlif sferalarında fəaliyyət göstərən 10-dan artıq müəssisə tərəfindən 100-dən çox vakansiya təqdim olunub.
İşəgötürənlar arasında rayonda fəaliyyət göstərən iri müəssisələr – “Zəyəm Texnologiyalar Parkı”, “ATS Food” (Çörəkçi), “Şəmkir Aqropark”, “Şərq Ulduzu”, “Azərxalça” ilə yanaşı fərdi sahibkarlar da vakansiyalar təqdim ediblər.
Tədbirdə işsiz və işaxtaran vətəndaşlar vakansiyalarla tanış olub, uyğun hesab edilən şəxslərin CV-i qəbul edilib və müvafiq göndərişlər verilib.
Bununla yanaşı iştirakçılara Agentliyin icra etdiyi aktiv məşğulluq tədbirləri, həmçinin Gəncə Peşə Hazırlığı Mərkəzi tərəfindən təşkil olunan peşə hazırlığı kursları haqqında məlumat verilib.






