Şəmkirdə əmək yarmarkası keçirilib -13 mart 2025
13 mart 2025 | 17:01
Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəmkirdə növbəti əmək yarmarkası təşkil olunub.
Yarmarkada iqtisadiyyatın müxtəlif sferalarında fəaliyyət göstərən 12 müəssisə tərəfindən 100-dən artıq vakansiya təqdim olunub.
Tədbirdə işsiz və işaxtaran vətəndaşlar vakansiyalarla tanış olub, uyğun hesab edilən şəxslərin CV-i qəbul edilib və müvafiq göndərişlər verilib.
Bununla yanaşı iştirakçılara Agentliyin icra etdiyi aktiv məşğulluq tədbirləri, həmçinin Gəncə Peşə Hazırlığı Mərkəzi tərəfindən təşkil olunan peşə hazırlığı kursları haqqında məlumat verilib.