Şəmkirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin peşə bayramı qeyd edilib
23 may 2026 | 11:34
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaranmasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının müavini Rüfət Sahibsoy, Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin kollektivi Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.
İcra başçısının müavini peşə bayramları münasibətilə ekoloqları təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 23 may tarixli Fərmanı ilə yaradılıb. Prezident İlham Əliyevin 2007-ci il 16 may tarixli Sərəncamı ilə hər il mayın 23-ü ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.






