Şəmkirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı qeyd olunub.
24 may 2023 | 16:00
Şəmkir rayonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaranmasının 22-ci ildönümü qeyd edilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Süleyman Zeynallı, Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin kollektivi Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.
Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb.
Prezident cənab İlham Əliyevin 16 may 2007-ci il tarixdə imzaladığı Sərəncama uyğun olaraq hər il may ayının 23-ü ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.