Şəmkirdə ədliyyə işçilərinin peşə bayramlı qeyd olunub
22 noyabr 2024 | 15:57
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Ədliyyə işçilərini peşə bayramları münasibətilə təbrik edən Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısının birinci müavini Süleyman Zeynallı bildirib ki, müstəqillik əldə etdikdən sonra Ulu Öndərin diqqət və qayğısı sayəsində Azərbaycanın ədliyyə sistemi yeni və müasir inkişaf mərhələsinə qədəm qoydu.
RİH başçısının birinci müavini qeyd edib ki, bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan ədliyyə islahatları çərçivəsində bu sahədə yeni uğuralr əldə olunur, infrastruktur müasirləşdirilir. Ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan yeni vəzifələrin - qanunun aliliyinin, ədalətin, ədliyyə və məhkəmədə şəffaflığın təmin olunması ilə bağlı tapşırıqların əsas məqsədi vətəndaş məmnunluğunu təmin edilməsidir.