Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə “Dövlət və xalq üçün yaşanan ömür” adlı tədbir keçirilib

13 dekabr 2025 | 10:41

Şəmkir Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı və Şəmkir rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Şəmkir şəhəri M.Fizuli adına məktəb-liseydə Ümummili Lider Heydər Əliyevin Anım gününə həsr olunmuş “Dövlət və xalq üçün yaşanan ömür” adlı tədbir keçirilib.
Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, Şəmkir rayonu üzrə Təhsil Sektorunun müdiri Elşən Ələsgərov və təhsil işçiləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, həmçinin Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik irsi Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, milli ideologiyanın formalaşması və müasir dövlət quruculuğunun elmi-nəzəri əsaslarla inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyev xalqımızın tarixində silinməz iz qoymuş, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya siyasətində öz müdrikliyi, uzaqgörənliyi və qətiyyəti ilə seçilən dahi şəxsiyyətdir.
Çıxış edən Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva Ulu Öndərin hakimiyyətə gəlişi ilə ötən illər ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini və bu inkişaf strategiyasının məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyini, bugün isə möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Digər çıxış edənlər ölkəmizin qazandığı bütün uğur və nailiyyətlərin, inkişaf və tərəqqinin Heydər Əliyev siyasətinin nəticəsi olduğu qeyd ediblər.

Keçidlər