Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı qeyd olunub

18 avqust 2026 | 17:02
Şəmkir rayonunda Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü və Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Şəmkir sərhəd dəstəsinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və Xidmətin yerli strukturunun şəxsi heyəti iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad olunub, Şəmkir şəhərinin mərkəzində yerləşən abidəsi önünə tər çiçəklər qoyulub.
Tədbirdə çıxış edən Şəmkir RİH başçısının birinci müavini Süleyman Zeynallı Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyətini peşə bayramı münasibətilə təbrik edib. Bildirilib ki, Azərbaycan sərhəd mühafizəsinin tarixi yalnız sərhədçilərimiz üçün deyil, xalqımız və qədim dövlətçilik ənənələrimiz baxımından da mühüm əhəmiyyət daşıyır.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd strategiyası Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkəmizin dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi istiqamətində həyata keçirilən ardıcıl islahatlar, hərbi texnika və xüsusi-texniki avadanlıqların müasirləşdirilməsi Dövlət Sərhəd Xidmətinin imkanlarını daha da genişləndirib.
Tədbirdə Azərbaycan dövlət sərhədinin etibarlı mühafizəsində xidmət edən sərhədçilərimizin peşəkarlığı və fədakarlığı yüksək qiymətləndirilib, şəxsi heyətə məsuliyyətli və şərəfli xidmətlərində uğurlar arzulanıb.
Keçidlər