Şəmkirdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub
24 iyun 2022 | 11:03
Şəmkir rayonunda 23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Ulu öndərin xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakaimiyyətinin başçısı Rəşad Tağıyev dövlət qulluqçularını təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.
İcra başçısı bildirib ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılmasında və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub: «Ulu Öndərin əsasını qoyduğu dövlətçilik konsepsiyası hazırda onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən yüksək peşəkarlıqla davam etdirilir”.
Digər çıxış edənlər də dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik edib, onlara işlərində müvəffəqiyyətlər diləyiblər.
Tədbir çərçivəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə təltif olunmuş Şəmkir RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Namazov və həmin şöbənin böyük məsləhətçisi İlkin Musayevin medalları təqdim olunub. Sərdar Namazov “Suqovuşanın azad olunmasına görə”, İlkin Musayev isə “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Həmçinin tədbir çərçivəsində dövlət qulluğunda fərqlənən əməkdaşlar Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif ediliblər.