Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə dəmyə şəraitində əkilmiş sahələrdə taxıl biçini başlayıb

06 avqust 2024 | 15:56
Şəmkirin dağlıq ərazilərində dəmyə şəraitində əkilmiş taxıl sahələrində məhsul yığımına start verilib.
Rayonda dəmyə şəraitində əkilmiş taxıl sahələrinin ümumi həcmi 6 748 hektar təşkil edir ki, ondan 4 251 hektarı buğda, 2 367 hektarı arpa, 130 hektarı isə vələmir sahələridir.
Son məlumatlara görə dəmyə ərazilərdə əkilmiş taxıl sahələrinin 2 005 hektarında biçin başa çatıb.
Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Qasımalılar kəndində dəmyə şəraitdə əkin aparılmış taxıl sahələrinə baxış keçirib, məhsul yığımı ilə maraqlanıb.
Fermerlər bildirib ki, havaların yağışlı keçməsi səbəbindən bu mövsümdə də taxıl sahələrindən yüksək məhsuldarlıq gözləyirlər.
Rəşad Tağıyev söhbət zamanı taxılçılığın ölkənin ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyətə malik olduğunu vurğulayıb, fermerlərə işlərində uğurlar və yüksək məhsuldarlıq arzulayıb.
Keçidlər