Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə bu sahəyə göstərilən diqqət və qayğı təsərrüfatların inkişafına təkan verir - 301 min 978 ton tərəvəz istehsal olunub.

28 fevral 2023 | 14:47
Ölkə iqtisadiyyatının uğurlu inkişafında hər bir bölgənin, hər bir rayonun öz payı, öz zəhməti var. Qazanılan bu nailiyyətlərdə Şəmkir rayonunun da payı az deyil. Çünki əlverişli coğrafi relyefi, münbit torpağı və dövlət dəstəyi hesabına burada ildə üç-dörd dəfə məhsul götürülür.
Dövlət tərəfindən təsərrüfat adamlarına, fermerlərə və fiziki şəxslərə göstərilən diqqət və qayğının nəticəsidir ki, Şəmkirdə, xüsusən aqrar sektorun çoxşaxəliliyi təmin olunub, kartofçuluq, taxılçılıq, üzümçülük, meyvəçilik sahələri ilə yanaşı, tərəvəzçilik də kifayət qədər inkişaf edib.
Başqa sözlə, Şəmkirdə abadlıq-quruculuq işlərindən tutmuş, yeni infrastruktur layihələrinin reallaşması, ərzaq təhlükəsizliyi məsələləri, kənd təsərrüfatının bütün sahələr üzrə inkişaf etdirilməsi diqqət mərkəzindədir.
Bu məqsədlə Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev mütəmadi olaraq yerli sahibkarlarla, fermerlərlə görüşlər keçirir, təsərrüfatlarda yaradılan şəraitlə tanış olur, eyni zamanda onların arzu və istəklərini dinləyir.
Artıq rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni təsərrüfatlar yaradılır ki, bu da öz növbəsində rayonun iqtisadiyyatının uğurlu inkişafında və faraş tərəvəz bolluğunun təmin olunmasında mühüm rol oynayır.
Şəmkirdə inşa olunmuş istixanalarda ekoloji cəhətdən təmiz, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları yetişdirilir, həm daxili, həm də xarici bazarlara çıxarılır.
2022-ci ildə rayonda yerləşən ümumi sahəsi 1030 hektar olan istixanalarda 301 min 978 ton tərəvəz məhsulu istehsal olunub ki, bunun da böyük hissəsi pomidorun payına düşür.
Belə ki, respublikamızın ən böyük istixanalarının yerləşdiyi Şəmkirdə 2022-ci ildə 158 min 167 ton pomidor, 27 min 231 ton xiyar istehsal olunub.
Hazırda isə 723 hektar təsərrüfatlarda pomidor və xiyar məhsulu yetişdirilir.
Eyni zamanda hava şəraitinə uyğun olaraq istixanalarda və açıq sahələrdə də fermerlər tərəfindən tərəvəz məhsullarının əkilməsi planlaşdırılır.
Keçidlər