Şriftin ölçüsü :

Saytın rəngi :

"Şəmkirdə bu sahəyə göstərilən diqqət və qayğı fermer təsərrüfatlarının inkişafına təkan verir"

19 sentyabr 2022 | 15:43
Azərbaycanda ərzaq təhlükəsizliyinin təminatı hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi dəyərləndirilməkdədir.
Bunun nəticəsidir ki, ölkəmizin regionlarında o cümlədən Şəmkir rayonunda aqrar sektorun, ümumiyyətlə mühüm əhəmiyyət kəsb edən sahələrinin inkişafı xüsusi diqqət mərkəzində saxlanılır.
Bu mənada, heyvandarlığın inkişafı istiqamətində atılan addımlar, görülən tədbirlər də olduqca əhəmiyyətlidir.
Bu məqsədlə Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev mütəmadi olaraq yerli sahibkarlarla, fermerlərlə görüşlər keçirir, təsərrüfatlarda yaradılan şəraitlə tanış olur, eyni zamanda onların arzu və istəklərini dinləyir.
Artıq rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır ki, bu da öz növbəsində ət və süd istehsalının, mal-qaranın baş sayının artmasına səbəb olur. Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb.
Məlumat üçün bildiririk ki, cari ilin altı ayı ərzində Şəmkir rayonunda bütün təsərrüfat kateqoriyaları üzrə 4912 ton ət, 27598 ton süd, 16001 min ədəd yumurta, 8980 kq barama və 453,0 ton yun istehsal edilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 1,2 faiz, süd istehsalı 2,3 faiz, yumurta istehsalı 3,4 faiz, yun istehsalı 0,8 faiz artıb.
2022-ci ilin yanvar-iyun aylarında iribuynuzlu mal-qaranın baş sayı 56288 o cümlədən ana mal 28245, qoyun və keçilərin baş sayı 269185 baş olub. İribuynuzlu mal qara naxırında ana malın xüsusi çəkisi 50,2 faiz təşkil edib.
Keçidlər