Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Birinci Qarabağ müharibəsinin şəhidi Əhliman Əsgərov dəfn edildi

29 iyun 2024 | 10:28
Bakı şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Əhliman Vahid oğlu Əsgərovla Şəmkir rayonunda keçirilən vida mərasimi keçirilib.
Şəhidimizin nəşi Mehrili kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, RİH əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, şəhidin doğmaları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Əhliman Vahid oğlu Əsgərov 1972-ci il sentyabrın 12-də Şəmkir rayonunun Mehrili kəndində anadan olub.
O, 1992-ci il sentyabrın 29-da Ağdərə rayonunun Çıldıran kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.
Keçidlər