Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Bilik Günü qeyd olunub

16 sentyabr 2026 | 09:55
Şəmkir rayonunda fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 15 Sentyabr – Bilik Günü münasibətilə tədbirlər keçirilib.
Mahmudlu kəndində keçirilən tədbirdə cari təmir işləri aparılan Yaşar Əsgərov adına tam orta məktəbin açılış mərasimi keçirilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı, Milli Məclis sədrinin köməkçisi Aqşin Hümbətov, məktəbin müəllim və şagird kollektivi, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda müəllim və şagirdlər yeni dərs ili münasibətilə təbrik olunub, onlara təhsil və tədris fəaliyyətində uğurlar arzulanıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində təhsilin inkişafı, gənc nəslin müasir biliklərə yiyələnməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi mühüm istiqamətlərdən birini təşkil edir.
Qeyd olunub ki, ölkənin bütün bölgələrində yeni məktəblərin tikilməsi, mövcud təhsil müəssisələrinin əsaslı təmiri və müasir avadanlıqlarla təmin olunması dövlətin təhsil sahəsinə göstərdiyi davamlı diqqət və qayğının bariz nümunəsidir. Bu istiqamətdə həyata keçirilən tədbirlər şagirdlərin müasir və əlverişli şəraitdə təhsil almasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə və gənc nəslin hərtərəfli inkişafına geniş imkanlar yaradır.
Daha sonra tədbir iştirakçıları məktəbin binasında yaradılmış şəraitlə tanış olublar.
Onu da qeyd edək ki, sentyabrın 15-də rayonun digər ümumi təhsil müəssisələrində də Bilik Günü münasibətilə tədbirlər keçirilib.
Tədbirlərdə müəllim və şagird kollektivləri, məktəbə ilk qədəmlərini atan şəhid övladları yeni dərs ilinin başlanması münasibətilə təbrik olunub, onlara tədris prosesində uğurlar arzulanıb.
Keçidlər