Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə biçin aparılan taxıl sahələrinə baxış keçirilib

07 iyul 2026 | 12:15
Azərbaycan Respublikasında Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması və yerli istehsalın artırılması istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasəti Şəmkir rayonunda da öz müsbət nəticələrini verməkdədir.
Respublikanın aparıcı kənd təsərrüfatı rayonlarından olan Şəmkirdə cari ilin məhsulu üçün 13 min 909 hektar sahədə taxıl əkini aparılıb. Əkin sahələrinin 7 min 135 hektarı suvarılan, 6 min 774 hektarı isə dəmyə torpaqlardır. Suvarılan sahələrdə 3 min 202 hektarda buğda, 3 min 933 hektarda arpa, əlavə olaraq 85 hektar ərazidə isə vələmir becərilib.
Taxıl biçininin mütəşəkkil təşkili və məhsulun itkisiz yığılması məqsədilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı rayonun müxtəlif ərazilərində biçin aparılan sahələrdə olub, prosesin gedişini yerində izləyib, fermerlər və təsərrüfat rəhbərləri ilə görüşərək mövcud vəziyyətlə maraqlanıb.
Baxış zamanı biçin kampaniyasının bütün mərhələlərinin operativ şəkildə əlaqələndirilməsi, kombaynların sahələrə vaxtında cəlb olunması, texnika təminatının düzgün təşkili və məhsul yığımında hər hansı gecikmənin yaranmaması məsələləri xüsusi diqqətdə saxlanılıb.
Fermerlərlə keçirilən görüşlərdə onların təklif və müraciətləri dinlənilib, biçin prosesinin daha səmərəli təşkili üçün görüləcək tədbirlər müzakirə olunub. Rayon rəhbəri məhsulun vaxtında və itkisiz yığılmasının əhəmiyyətini vurğulayaraq, biçin mövsümündə fermerlərin üzləşə biləcəyi çətinliklərin operativ qaydada aradan qaldırılması, kombayn təminatı və texnikanın sahələr üzrə düzgün bölgüsü və fermerlərin müraciətlərinə operativ baxılması barədə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Sahələrə baxış zamanı ötən il yüksək məhsuldarlıq əldə edən fermerlər bildirib ki, cari mövsümdə də əkin sahələrinə aqrotexniki tələblərə uyğun qulluq göstərib, mineral və üzvi gübrələrdən səmərəli istifadə edib, zərərvericilərə qarşı vaxtında mübarizə tədbirləri həyata keçiriblər. Görülən aqrotexniki tədbirlər məhsuldarlığın artmasına müsbət təsir göstərib.
İyul ayının əvvəlinə olan məlumata əsasən, rayon üzrə 5 min 303 hektar sahədə biçin aparılıb. Bunun 1 442 hektarını buğda, 3 min 861 hektarını isə arpa sahələri təşkil edir. Biçilmiş sahələrdən ümumilikdə 19 min 681 ton məhsul əldə olunub. Bunun 5 min 782 tonu buğda, 13 min 899 tonu isə arpadır. Hazırda rayon üzrə orta məhsuldarlıq 40 sentner təşkil edir.
Показать меньше
Keçidlər