Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Beynəlxalq Könüllülər Günü münasibətilə könüllülərlə görüş keçirilib.

05 dekabr 2025 | 11:33

5 dekabr-Beynəlxalq Könüllülər Günü münasibətilə rayonun müxtəlif təşkilatlarında fəaliyyət göstərən könüllülərlə görüş keçirilib.
Bildirilib ki, könüllülük öz iradəsi və sərbəst seçimi əsasında cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir.
Qeyd olunub ki, müstəqil Azərbaycanda könüllülük sahəsində əsl inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Elə buna görə də könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz Ümummilli Liderin adı ilə bağlıdır. Belə ki, Ulu Öndərin ölkəmizə rəhbərliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektor, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanılıb. Hazırda isə bu sahədə görülən işlər Prezident İlham Əliyev tərəfindən genişləndirilir və xüsusi diqqət mərkəzində saxlanılır.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva könüllüləri təbrik edərək ölkəmizdə, o cümlədə Şəmkir rayonunda gənclərə göstərilən diqqətdən, onların inkişafı üçün görülən işlərdən danışıb.
Görüşün sonunda xatirə fotosu çəkilib, könüllülərə RİH tərəfindən sertifikatlar təqdim olunub.

Keçidlər