Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 106 illiyi qeyd olunub.

18 avqust 2025 | 12:39

Bu münasibətlə keçirilən tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı Şəmkir sərhəd dəstəsinin rəhbərliyi, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Xidmətin yerli şöbəsinin şəxsi heyəti iştirak ediblər.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib, Şəmkir şəhərinin mərkəzində yerləşən abidəsi önünə tər çiçəklər düzüblər.
Rəşad Tağıyev Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyətini təbrik edərək bildirib ki, Azərbaycan sərhəd mühafizəsinin tarixi yalnız Azərbaycan sərhədçiləri üçün deyil, xalqımız, qədim ənənələrə malik dövlətçilik tariximiz üçün də əhəmiyyətlidir və sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
İcra başçısı qeyd edib ki, Ulu Öndərin milli sərhəd siyasətinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkəmizin sərhəd mühafizəsinin müasir tələblər səviyyəsinə qaldırılmasına əlverişli zəmin yaradıb, dövlət sərhədlərinin toxunulmazlığının təminatı istiqamətində davamlı dinamik inkişafa nail olunub.

Keçidlər