Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə arıçılara və qarğıdalı əkini ilə məşğul olanlara təlim keçirilib.

23 may 2023 | 12:53
Respublikamızda kənd təsərrüfatı üzrə heyvandarlıq sektorunun perspektivli fəaliyyət sahələrindən biridə arıçılqdır.
Bu günlərdə DAİM-in təşkilatçılığı ilə Şəmkirli fermer Elşən Cəfərova məxsus olan təsərrüfatda bir qrup arıçıya Gəncə Regional Təlim Mərkəzinin mütəxəssisləri tərəfindən təlim keçirilib.
Səyyar formada keçirilən təlimdə iştirak edən arıçılara arı xəstəlikləri, arılara qulluq və saxlama qaydaları, ana arıların yetişdirilməsi, arı xəstəlikləri ilə mübarizə haqqında ətraflı məlumatlar verilib. Eyni zamanda arı xəstəliklərinin baş vermə səbəbləri, xəstəliyin gedişi, təsərrüfata vurduğu iqtisadi ziyan, xəstəliyin müalicəsi, profilaktikası və xəstəliyə qarşı aparılan mübarizə tədbirləri arıçıların diqqətinə çatdırılıb, arıçıları maraqlandıran suallar cavablandırılıb.
Təlimdən sonra müxtəlif arıçılıq təsərrüfatlarına baxış keçirilib.
Qeyd edək ki, şəmkirli fermerlərin arıçılığa marağı ildən ilə artır. Belə ki, rayonumuzda 2021-ci ildə 18775 ədəd, 2022-ci ildə 20170 ədəd, 2023-cü ildə isə 21687 ədəd arı ailəsi mövcuddur.
Eyni zamanda Gəncə Regional Təlim Mərkəzinin mütəxəssisləri tərəfindən Düyərli kəndində “Qarğıdalının becərilmə aqrotexnologiyası, xəstəliklərə qarşı mübarizə tədbirləri” mövzusunda təlim keçirilib, fermerləri maraqlandıran suallar cavablandırılıb.
Məlumat üçün bildiririk ki, 2023-cü ildə Şəmkir rayonunda qarğıdalı əkini 50 faiz artaraq 1224 hektara çatmışdır. Fermerlər cari ildə də təsərrüfatlardan yüksək məhsuldarlıq əldə etməyi planlaşdırırlar.
Keçidlər