Şəmkirdə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilmiş tədbir keçirilib
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, rayon təhsil sektorunun əməkdaşları, Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan qəhrəmanların ailə üzvləri iştirak ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edənlər bildiriblər ki, bu gün biz Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan 2016-cı il Aprel döyüşlərinin 10-cu ildönümünü böyük qürur hissi ilə qeyd edirik. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, xalqımızın yenilməz ruhunu və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirən mühüm tarixi hadisə oldu.
Qeyd olunub ki, Aprel döyüşləri Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərə mühüm çağırış xarakteri daşıyırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bildirdiyi kimi, “Aprel döyüşləri dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir”. Təsadüfi deyil ki, Azərbaycan Respublikası öz daxili gücünə və iqtisadi imkanlarına arxalanaraq 44 günlük Vətən müharibəsində bütün dünya hərb tarixində mühüm hadisə hesab edilən möhtəşəm Zəfər qazandı.
Sonda vurğulandı ki, bu qələbənin yekunu olaraq 10 il öncə Lələtəpə yüksəkliyində dalğalanan üçrəngli bayrağımız bu gün doğma Qarabağda – Xankəndidə, Şuşada, Laçında və digər işğaldan azad olunan ərazilərimizdə ucaldılmışdır. Aprel döyüşlərində qəhrəmanlıq göstərərək, Zəfər bayrağını növbəti qələbələrə üçün igid oğullara ötürən Vətənə torpağı naminə canını fəda etməyə hazır olduğunu sübut etmiş şəhidlərimiz əbədiyyətə qovuşdular. 10 il öncə xalqımızın qəhrəmanlığının bütün dünyaya nümayiş etdirən Aprel döyüşləri Tarixi Zəfərə yol açan başlanğıc oldu.
Tədbirin sonunda şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.






