Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Aprel döyüşləri şəhidlərinin ailələri və qazilərlə görüş keçirilib

03 aprel 2026 | 16:20

Şəmkir Rayon İcra Hakimiyyətində (RİH) Aprel şəhidlərinin ailələri və o şanlı tarixin yazılmasında sağlamlığını itirən qazilərimizlə görüş keçirilib, qəhrəman oğullarımızın əziz xatirəsi yad edilib.
RİH başçısı Rəşad Tağıyev şəhidlərimizin valideynlərinə belə qəhrəman övladlar yetişdirdiklərinə görə minnətdarlığını bildirib, Aprel döyüşlərində Lələtəpə, Talış yüksəklikləri və digər bir sıra mühüm strateji yüksəkliklərin işğaldan azad edilməsindən, Azərbaycan əsgərlərinin əfsanəvi qəhrəmanlıqlarından bəhs edib.
İcra başçısı bildirib ki, Azərbaycan Respublikasının müstəqillik tarixində xüsusi yer tutan 2016-cı ilin Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılıb. Bu döyüşlər bir daha sübut etdi ki, Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etmək əzmində qətiyyətlidir və bu yolda həm siyasi, həm də hərbi baxımdan kifayət qədər güclüdür.
Aprel şəhidlərinin ailələrinə başsağlığı verən Rəşad Tağıyev vurğulayıb ki, məhz həmin döyüşlərdə əldə edilən hərbi-strateji üstünlüklər və psixoloji üstünlük sonrakı böyük zəfərin təməlini təşkil etdi. 44 günlük müharibə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və tarixi ədalət təmin olundu. Lələtəpədən başlanan şərəfli yol böyük Zəfər ilə bitdi, xalqımız qələbə sevinci yaşadı. Milli birlikdən güc alan, işğalla barışmayan Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenidən işğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımız dalğalandı.
Torpaqlarımızın azadlığı uğrunda şəhid olan hərbçilərimizin ailələri, qazilərimiz göstərilən diqqətə görə təşəkkür edib, istək və arzularını, problemlərini səsləndiriblər.

Keçidlər