Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Aprel döyüşləri şəhidləri-Altun Dəmirli və Vüsal Alıyevin xatirəsi anılıb

10 aprel 2024 | 15:05
Şəmkir rayonunda Aprel Zəfərində tarix yazan qəhrəman oğullarımızdan şəhid Altun Dəmirli və şəhid Vusal Alıyevin xatirəsi anılıb.
Şəmkir RİH-in rəhbər heyətinin iştirak etdiyi anım tədbirlərində şəhidlərimizin məzarları ziyarət olunub, əziz xatirələri ehtiramla yad edilib.
Şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın şəhadətə ucalmasının 8-ci ildönümü münasibətilə keçirilən tədbirlərdə bildirilib ki, onlar bizim qürur yerimizdir və şəhidlərimizi yad etmək hər birimizin mənəvi borcumuzdur.
Qeyd olunub ki, Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qüdrətini, Qələbə əzmini və tezliklə tarixi ədalətin bərpa olunacağını göstərdi. Aprel Zəfərində olduğu kimi, Vətən müharibəsində də bütün Azərbaycan xalqı bir yumruq kimi birləşdi və Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında erməni faşizmini məhv edərək Aprel döyüşlərində təməli qoyulan tarixi ədaləti bərpa etdi. Bu möhtəşəm Qələbədən sonra ölkə başçısının uğurlu diplomatik səyləri nəticəsində dünya yaranmış yeni reallığı qəbul etdi. 30 ilə yaxın işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə və tarixi abidələrinə qarşı həyata keçirilmiş siyasət və vandallığın dünya ictimaiyyətinə çatdırılmasında isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətləri əvəzsizdir.
Qeyd edək ki, Aprel Zəfərində Vətən uğrundan canından, qanından keçən mərd oğullarımızdan Polkovnik Vuqar Yusibovun, Silahlı qüvvələrdə müddətdən artıq hərbi xidmətdə olan Təbriz Əsgərovun və əsgər Nurlan Qasımovun il mərasimləri aprelin 5-də keçirilmişdi.
Keçidlər