Şəmkirdə Anim Günü ilə bağlı dəyirmi masa keçirilib - 2025
Şəmkir Rayon İcra Hakimiyyətinin və YAP Şəmkir rayon təşkilatının birgə təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününün beşinci ildönümü münasibəti ilə dəyirmi masa keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Dəyirmi masa iştirakçıları arasında RİH-nin, YAP Şəmkir rayon təşkilatının nümayəndələri, şəhid ailələri, qazilər, gənclər və ictimaiyyət fəalları yer alıblar.
Çıxış edən natiqlər 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən, bu zəfərin əldə edilməsində şəhid və qazilərimizin misilsiz fədakarlığından söz açıb, Anım Gününün dövlətimiz və xalqımız üçün əhəmiyyətinə toxunublar.
Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni darmadağın edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etmiş, xalqımızın uzun illər həsrətində olduğu Zəfəri təmin edib. Bu Qələbə Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılıb.
Çıxış edənlər vurğulyıb ki, Anım Günü təkcə şəhidlərin xatirəsinin ehtiramla yad edilməsi deyil, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli birliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonda tədbir iştirakçıları şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısından danışaraq, onların hər zaman cəmiyyətin diqqət mərkəzində olmasının vacibliyini qeyd ediblər.






