Şəmkirdə Anım Günü ilə bağlı ağacəkmə aksiyası keçirildi
24 sentyabr 2026 | 09:27
Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü münasibətilə şəhid ailələrinin iştirakı ilə Şəhidlər Xiyabanında ağacəkmə aksiyası keçirildi.
Şəhidlərimizin əziz xatirəsinin yaşadılması və Şəhidlər Xiyabanının yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə təşkil olunan aksiyada Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev, RİH-in rəhbər şəxsləri, aidiyyəti xidmət təşkilatlarının əməkdaşları iştirak etdilər.
Aksiya çərçivəsində xiyabanın yaşıllıq üçün nəzərdə tutulan ərazisində müxtəlif növ ağaclar əkildi, suvarma işləri aparıldı.
Həmçinin mövcud ağaclara aqrotexniki qulluq göstərildi, yaşıllıqların qorunması ilə bağlı zəruri tədbirlər görüldü.
Eyni zamanda, Anım Gününə hazırlıq çərçivəsində xiyabanda aparılan abadlıq işlərinə baxış keçirildi, şəhid ailələrinin istək və təklifləri dinlənildi. Səsləndirilən məsələlərin həlli ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verildi.






