Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə ağacəkmə aksiyası keçirilib

14 noyabr 2022 | 08:53
Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü münasibətilə Şəmkirdə ağacəkmə aksiyası keçirilib.
Şəmkir Şəhidlər Xiyabanında keçirilən aksiyada rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, təşkilatın əməkdaşları, hüquq-mühafizə oraqnlarının rəhbərləri, könüllülər, ümumilikdə 284 nəfər iştirak edib.
“Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində Şəhidlər Xiyabanının ərazisinə 340 ədəd zeytun, cökə, çinar ağacları əkilib.
Şəmir RİH başçısı partiyanın bütün üzvlərini yubiley münasibətilə təbrik edərək bildirib ki, belə layihələrin keçirilməsi yaşıllıq zolaqlarının genişlənməsi üçün böyük töhfədir : "Bu gün əkilən hər bir ağac gələcək nəsillərə yadigar qalacaq, həm də ekoloji tarazlığın qorunmasında vacib rol oynayacaq”.
 
Keçidlər