Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ənənəvi “Zəfər Marafonu” keçirildi.

04 noyabr 2026 | 11:07
Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Bu Zəfəri bizə yaşadanlar üçün birləşək” şüarı altında təşkil olunan yarışda 400-ə yaxın iştirakçı bir araya gələrək Zəfər sevincini idman mübarizəsi ilə bölüşdü. Marafonda idmançılarla yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri, eləcə də ətraf rayonlardan və Bakı şəhərindən gələn könüllülər iştirak etdilər.
Marafonun start mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev iştirakçıları salamlayaraq Vətən müharibəsində qazanılmış tarixi Qələbənin xalqımızın həmrəyliyinin, milli birliyinin və sarsılmaz iradəsinin təntənəsi olduğunu vurğuladı. O bildirdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Böyük Zəfər Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrilib və hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir.
Rəşad Tağıyev marafonun əhəmiyyətinə toxunaraq belə tədbirlərin Zəfər ruhunun yaşadılması, şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi və Vətən uğrunda mübarizə aparmış qəhrəmanlarımızın fədakarlığının gənc nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etdi və bütün iştirakçılara uğurlar arzuladı.
Daha sonra marafona start verildi. İştirakçılar Şəmkir şəhər Bayraq Meydanından Şəhidlər xiyabanınadək müəyyən edilmiş məsafəni qət etdilər.
Yarışın yekun nəticələrinə əsasən, finiş xəttinə hamıdan tez çatan Talıbov Sərxan Rəhman oğlu birinci, Nəsibov Elşad Firdovsi oğlu ikinci, Əlizadə Avsəddin Ədalət oğlu isə üçüncü yerə layiq görüldü. İcra başçısı qalibləri təbrik edərək onlara kubok, medal və mükafatları təqdim etdi.
Qaliblərə müvafiq olaraq telefon, planşet və smart saat hədiyyə olundu. Marafonda iştirak edən xanımlara və yarışın daimi iştirakçısı, idman müəllimi Məhəmməd Həşimova da xatirə hədiyyələri təqdim olundu. Xanımlar arasında son kros qaçışı üzrə payız ölkə çempionatının qalibi Türkan Abbasova da marafonda iştirak etdi.
Keçidlər