Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram konserti keçirildi

09 noyabr 2025 | 12:00

Şəmkir Şəhər Parkında rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə baş tutan konsertdə Şəmkir RİH başçısı Rəşad Tağıyev, rayonun hüquq mühafizə orqanlarının, idarə müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak etdilər.
Dövlət himninin səslənməsi ilə açıq elan olunan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın xatirəsi bir dəqiqlək sükutla yad edildi.
Şəmkir RİH başçısı Rəşad Tağıyev çıxışında tədbir iştirakçılarını salamlayıb, Zəfər Günü münasibətilə rayon sakinlərinə və qonaqlara təbriklərini və səmimi arzularını çatdırdı.
Rəşad Tağıyev Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Şanlı Azərbaycan ordusunun qazandığı Zəfər tarixindən danışıb, bu qələbənin qazanılmasının əsas səbəbkarları — Vətən uğrunda canından keçən şəhidlərimiz, yaralanaraq qəhrəmanlıq göstərən qazilərimiz, güclü və rəşadətli Ordumuz, eləcə də həmrəy və mübariz Azərbaycan xalqı, Ali Baş Komandan Prezident İlham Əliyev olduğunu bildirdi.
Konsertdə məşhur incəsənət ustaları və gənc müğənnilərin ifasında müstəqil və suveren Azərbaycanın Şanlı Zəfərinə həsr olunan vətənpərvər ruhlu mahnılar ifa edildi.
Sonda təşkil olunan atəşfəşanlıq Şəmkir səmasını al-əlvan rəngə boyadı, tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.

Keçidlər