Şəmkirdə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirildi
08 mart 2024 | 15:46
Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə RİH başçısının birinci müavini Süleyman Zeynallı bütün qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi, onlara can sağlığı, xoşbəxtlik arzuladı.
Süleyman Zeynallı bildirdi ki, Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə qadınlarımıza yüksək qiymət verib və bu ənənələrə sadiq qalan cənab Prezident İlham Əliyev qadınların ictimai-siyasi fəaliyyətinin artırılmasına xüsusi önəm verir.
Tədbirdə Şəmkir rayonunun ictimai-siyasi, mədəni həyatında fərqlənən xanmımlara RİH tərəfindən Təşəkkürnamə və bayram hədiyyəsi təqdim olundu, rayonumuzun gənc musiqiçiləri isə öz ifaları ilə xanımları təbrik etdilər.