Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirildi

07 mart 2026 | 10:11

Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirildi.
Rayonumuzun ictimai-siyasi həyatında yaxından iştirak etmiş, əməkdə fərqlənmiş qadınlarla görüşdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bütün qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi, onlara can sağlığı, ailə səadəti arzuladı.
İcra başçısı bildirdi ki, qədim köklərə söykənən milli ailə dəyərlərinin daşıyıcısı olan Azərbaycan qadını həm də cəmiyyətin gələcəyi üçün sağlam nəsil yetişdirən bir ana olaraq həmişə dərin hörmət və ehtirama layiq olub.
Rəşad Tağıyev qeyd etdi ki, tarixin bütün dövrlərində Azərbaycan qadını Vətənimizin müdafiəsində yaxından iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərmişdir.
Müasir Azərbaycanın qurucusu, Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə qadınlarımıza yüksək qiymət verdiyini bildirən icra başçısı vurğuladı ki, bu ənənələrə sadiq qalan cənab Prezident İlham Əliyev də qadınların ictimai-siyasi fəaliyyətinin artırılmasına xüsusi önəm verir: “Ölkə başçısının rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistemlə sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir”.
Rəşad Tağıyev çıxışında bildirdi ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir.
Tədbirin sonunda RİH başçısı tərəfindən Şəmkir rayonunun ictimai-siyasi, mədəni həyatında fərqlənən xanmımlara Təşəkkürnamə və bayram hədiyyəsi təqdim olundu.

Keçidlər