Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirildi - 2025

08 mart 2025 | 16:56
Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə rayonumuzun ictimai-siyasi həyatında yaxından iştirak etmiş, əməkdə fərqlənmiş qadınlar bayram münasibətilə təbrik edildi.
RİH başçısının birinci müavini Süleyman Zeynallı qadınları bildirdi ki, tarixin bütün dövrlərində Azərbaycan qadını Vətənimizin müdafiəsində yaxından iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərmişdir.
S.Zeynallı qeyd etdi ki, Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı: “Bu ənənələrə sadiq qalan cənab Prezident İlham Əliyev də qadınların ictimai-siyasi fəaliyyətinin artırılmasına xüsusi önəm verir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Şanlı zəfərimizin əldə olunmasında göstərilən qəhrəmanlıq Azərbaycan qadınının gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etdiyinin, onları cəmiyyətə layiqli övlad kimi formalaşdırmasının başlıca göstəricisi kimi təsdiqləndi”
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanizm və bəşəri prinsiplərə söykənən sərhəd tanımayan çoxşaxəli fəaliyyətinin örnək olduğunu bildirən birinci müavin qeyd etdi ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir.
Tədbirdə Şəmkir rayonunun ictimai-siyasi, mədəni həyatında fərqlənən xanmımlara RİH başçısının Təşəkkürnamələri təqdim olundu, xatirə fotosu çəkildi.
Keçidlər