Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və xanımları evlərində ziyarət olunub

08 mart 2024 | 17:58
8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Şəmkir RİH başçısı aparatının əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri Birinci və İkinci Qarabağ müharibəsində şəhid olan qəhərman övladlarımızın ailələrini ziyarət edib, şəhid analarına və xanımlarına bayram təbriklərini çatdırıblar.
Şəhid ailələrinin ziyarəti zamanı Şəhidlərimizin xalqımızın qəlbində daim yaşayacağı və gələcək nəsillər üçün örnək olacağı vurğulanıb.
Bildirilib ki, ölkə başçısı tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğı bu gün Şəmkir rayonunda da davam etdirilir.
Şəhid anaları və xanımları onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Keçidlər