Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirilib

05 mart 2026 | 15:42
Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rəşad Tağıyev 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə rayonda fəaliyyət göstərən idmançılar və onların müəllimləri ilə görüşüb.
Əvvəlcə idmanın müxtəlif növləri üzrə ümumilikdə 200-ə yaxın yeniyetmə və gənc idmançının nümunəvi çıxışları izlənilib.
Bayram tədbirində çıxış edən RİH başçısı 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə idmançıları təbrik edib, idmanın inkişafında və gələcək yarışlarda onlara uğurlar arzulayıb.
Rəşad Tağıyev bildirib ki, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. Bu qərarlar müsbət nəticələr verir, Olimpiya Oyunlarında və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır”.
Bu gün müxtəlif idman növlərində milli komandamızın heyətində şəmkirli idmançıların da olmasının qürurverici olduğunu bildirən icra başçısı qeyd edib ki, belə idmançılarımızın sayı hər gün artır. Bütün bu uğurlu nəticələr isə idmana yeni addımlarını atan uşaqlar üçün də əlavə bir stimuldur.
Şəmkir rayon üzrə gənclər və idman sektorunun müdiri Pərvin Gözəlov çıxış edərək idmançılarımızın qazandığı uğurlardan danışıb. Bildirib ki, hazırda bir neçə idmançımız milli komandanın heyətində təlim-məşq toplanışında iştirak edir və qarşıdan gələn yarışlarda onlardan beynəlxalq yarışlarda yüksək nəticələr gözlənilir.
Şəmkirli idmançılar da göstərilən diqqətə görə Prezidnet cənab İlham Əliyevə minnətdarlıqlarını bildirib, arzu və istəklərini səsləndiriblər.
Sonda 2025-ci ildə uğur qazanmış idmançılara və onların məşqçilərinə RİH başçısının Fəxri Fərmanları təqdim olunub, xatirə fotosu çəkilib.
Keçidlər