Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə 5 İyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı günü qeyd olundu

05 iyun 2024 | 16:02
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin də iştirak etdiyi tədbir iştirakçıları, Suvarma Sistemləri idarəsinin rəhbər heyəti və kollektivi Ümumilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə tər gül dəstələri düzərək Ulu öndərin əziz xatirəsini yad etdilər.
Rəşad Tağıyev meliorasiya işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzuladı.
Tədbirdə çıxış edənlər rayonda suvarma suyu ilə bağlı həyata keçirilən tədbirlərdən danışaraq bu sahəyə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.
Su təsərrüfatı və meliorasiya işçiləri dövlətimizin diqqət və qayğısına cavab olaraq əhalinin içməli su və əkin sahələrinin suvarma suyu ilə təminatı, mövcud meliorasiya və su təchizatı sistemlərinin qorunub saxlanılması istiqamətinə qarşılarında qoyulmuş vəzifələri tam məsuliyyəti ilə dərk edərək onların vaxtında və layiqincə yerinə yetirilməsi üçün daha səylə çalışacaq və bundan sonra da bütün bacarıq və imkanlarından istifadə edəcəklərini bildirdilər.
Keçidlər