Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə 5 dekabr - Beynəlxalq Könüllüləri Günü münasibətilə tədbir keçirildi

05 dekabr 2024 | 17:23
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev 5 dekabr-Beynəlxalq Könüllülər Günü münasibətilə RİH-də və rayonun müxtəlif təşkilatlarında fəaliyyət göstərən könüllülərlə görüş keçirib.
Könüllüləri təbrik edən icra başçısı ölkəmizdə, o cümlədə Şəmkir rayonunda gənclərə göstərilən diqqətdən, onların inkişafı üçün görülən işlərdən danışıb.
Rəşad Tağıyev bidlirib ki, rayon İcra Hakimiyyəti də hər zaman könüllülərə dəstək olacaq və bütün sahələrdə Şəmkir gənclərinin, xüsusilə də könüllülərin fəaliyyətindən maksimum yararlanmağa çalışacaq.
Şəmkirdə könüllü fəaliyyəti ilə bağlı məlumat verən icra başçısı gənc könüllülərin rayonun ictimai həyatında, RİH-in fəaliyyətində mühüm rol oynadıqlarını bildirib: “Şəmkir gənclərinin bu hərəkatda fəal iştirak etdiyinin şahidiyik. Hazırda könüllülük fəaliyyəti rayonumuzda həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissələrindən birini təşkil edir. Xüsusilə, gənclərin böyük həvəslə bu hərəkatın sıralarına qoşulması və könüllü fəaliyyətlərə töhfə verməsi diqqətəlayiqdir”.
Görüşün sonunda xatirə fotosu çəkilib, könüllülərə RİH tərəfindən hədiyyə və sertifikatlar verilib.
Keçidlər