Şəmkirdə 5 dekabr-Beynəlxalq Könüllülər Günü münasibətilə tədbir keçirilıb.
06 dekabr 2023 | 09:47
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev RİH-də və rayonun müxtəlif təşkilatlarında fəaliyyət göstərən könüllülərlə görüşüb.
5 dekabr-Beynəlxalq Könüllülər Günü münasibətilə könüllüləri təbrik edən icra başçısı bildirib ki, bu gün ölkəmizdə gənclərə xüsusi diqqət göstərilir, onların inkişafı üçün bütün imkanlar yaradılır.
Rəşad Tağıyev bidlirib ki, rayon İcra Hakimiyyəti də hər zaman könüllülərə dəstək olacaq və bütün sahələrdə Şəmkir gənclərinin, xüsusilə də könüllülərin fəaliyyətindən maksimum yararlanmağa çalışacaq.
Şəmkirdə könüllü fəaliyyəti ilə bağlı məlumat verən icra başçısı gənc könüllülərin rayonun ictimai həyatında, RİH-in fəaliyyətində mühüm rol oynadıqlarını bildirib: “Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. Bu gün Şəmkir rayonunun da ictimai həyatında, rayonumuzun müxtəlif sahələrdə qazandığı uğurlarda şübhəsiz ki, könüllü gənclərin də payı var”.
Görüşün sonunda xatirə fotosu çəkilib, könüllülərə RİH tərəfindən hədiyyə və sertifikatlar verilib.