Şəmkirdə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə tədbir keçirilib
30 dekabr 2023 | 11:45
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri əvvəlcə balaca fidanların əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Dövlət himninin səslənməsi ilə açıq elan olunan tədbirində Ümummilli Lider Heydər Əliyevin, Vətən uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqlək sükutla yad edilib.
Şəmkir RİH başçısı Rəşad Tağıyev bütün şəmkirliləri hər iki bayram münasibətilə təbrik edərək bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, doğma Vətənə məhəbbət və bağlılıq hislərini özündə təcəssüm etdirir: “Ulu Öndərin təşəbbüsü ilə elan edilmiş Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın hər yerində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşməsinin başlanğıcını qoyub”.
İcra başçısı qeyd edib ki, artıq üç ildir ki, xalqımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü daha yüksək əhvali-ruhiyyə ilə qarşılayır. Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində və antiterror əməliyyatlarında möhtəşəm Zəfər qazandıq və artıq Şanlı bayrağımız bütün Azərbaycan ərazisində dalğalanır. Qazanılan bu möhtəşəm qələbələr həm də, milli həmrəyliyimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında daha sıx birləşməsinin təcəssümü oldu”.
Tədbirin bədii hissəsində yerli mədəniyyət işçilərinin, məktəblilərin və körpələr evi-uşaq bağçalarının fidanlarının ifasında bayrama aid musiqilər və səhnəciklər təqdim olunub.
Sonda “Heydər Əliyev İli” çərçivəsində Şəmkir rayonunda təşkil olunan tədbirlərdə fəal iştirakına görə bir qurup təhsil və mədəniyyət işçisinə RİH başçısının Fəxri Fərmanı və hədiyyələr verilib.