Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə 3 oktyabr – Ümummilli Lider Heydər Əliyevin Prezident seçilməsi ilə bağlı tədbir keçirilib.

03 oktyabr 2026 | 11:35
3 oktyabr 1993-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin müasir tarixində mühüm siyasi hadisələrdən biri olmaqla, müstəqil dövlətçiliyin möhkəmləndirilməsi və Azərbaycanın gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu əlamətdar hadisənin 33-cü ili münasibətilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının müavini Aynur Abdullayevanın iştirakı ilə rayonun ümumtəhsil müəssisələrinin şagirdlərinin Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil olunub.
Ziyarət zamanı şagirdlərə Ulu Öndər Heydər Əliyevin zəngin siyasi fəaliyyəti, dövlətçilik irsi və Azərbaycanın inkişafı naminə həyata keçirdiyi məqsədyönlü siyasət barədə məlumat verilib. Bildirilib ki, 1993-cü ildə xalqın böyük əksəriyyətinin etimadını qazanan Heydər Əliyevin Prezident seçilməsi ilə ölkənin mürəkkəb siyasi şəraitdən çıxarılması, ictimai-siyasi sabitliyin bərpası və dövlət təsisatlarının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
Qeyd olunub ki, Ulu Öndərin rəhbərliyi ilə müstəqil Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəmləndirilməsi, ordu quruculuğunun gücləndirilməsi, sosial-iqtisadi inkişafın təmin olunması və ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Onun müəyyən etdiyi dövlətçilik strategiyası demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsaslarını formalaşdırıb.
Tarix müəllimlərinin rəhbərliyi ilə keçirilən ziyarət çərçivəsində şagirdlər Mərkəzdə nümayiş etdirilən fotoşəkil, sənəd və digər eksponatlarla tanış olub, Ulu Öndərin həyat və fəaliyyətinin mühüm mərhələləri barədə məlumat əldə ediblər.
Bildirilib ki, Heydər Əliyevin siyasi irsinin mühüm istiqamətlərindən biri azərbaycançılıq məfkurəsi, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və milli-mənəvi dəyərlərin qorunması olub. Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ziyarət şagirdlərin Azərbaycanın müasir dövlətçilik tarixinin mühüm mərhələləri ilə yaxından tanış olması, Ulu Öndərin zəngin irsinin və dövlətçilik fəlsəfəsinin gənc nəslə çatdırılması baxımından əhəmiyyətli olub.
Keçidlər