Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə 28 May - Müstəqillik Günü münasibətilə bayram tədbirləri təşkil olunub.

28 may 2022 | 10:02
Şəmkir Gənclər evində keçirilən dəyirmi masada Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva, RİH əməkdaşları, tarixçilər iştirak ediblər.
Tədbirdə çıxış edənlər xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən hər il xalqımızın bu əlamətdar tarixi günü bayram kimi qeyd etdiyini vurğulayıblar. Bildirilib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tariximizdə böyük dəyəri olan əhəmiyyətli hadisədir. Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından, müstəqilliyimizin, milli dövlətçiliyimizin keçdiyi böyük şərəfli inkişaf yolundan danışıblar.
Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
Bu fikirlər isə Şəmkir rayonunun ümumtəhsil məktəblərində keçirilən Müstəqillik Gününə həsr olunmuş əyləncəli bayram tədbirlərində səsləndirilib.
Təhsil müəssisələrində keçirilən tədbirlərdə şagirdlər əyləncəli konsert proqramı təqdim ediblər.
Keçidlər