Şəmkirdə 18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir keçirilib
Tədbir çərçivəsində Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarından olan istedadlı uşaqların “Şəhərsalma və Memarlıq İli” mövzusunda hazırladıqları rəsm əsərləri nümayiş etdirilib.
Eyni zamanda, “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən qədim tariximizi və milli-mədəni irsimizi əks etdirən sərgi təşkil olunub.
Tədbirdə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Səbuhi Xasməmmədov, Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirin bədii hissəsində Şəmkir Rayon Mədəniyyət Mərkəzinin musiqi və rəqs kollektivləri, müğənni-solistləri, eləcə də Şəmkir şəhər Uşaq Musiqi Məktəbinin müəllimləri maraqlı musiqi nömrələri ilə çıxış ediblər.
Sonda Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi tərəfindən rəsm müsabiqəsinin qaliblərinə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.






