Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə 18 aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həs olunmuş tədbir keçirilib

19 aprel 2024 | 11:42
Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşlarının da iştirak etdiyi tədbirdə 1982-ci ildən etibarən YUNESKO-nun Abidələrin Mühafizəsi Məsələləri üzrə Beynəlxalq Şurasının qərarı ilə hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunmasından danışılıb, Şəmkir rayonunun tarixi abidələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Bildirilib ki, Azərbaycanın qədim, çoxəsrlik tarixə malik olan şəhərlərindən biri də Şəmkirdir şəhəridir. Şəmkirin əverişli təbii-coğrafi şəraiti bu ərazidə insanların çox erkən məskunlaşmasını şərtləndirmiş, hələ eneolit dövründə bölgədə erkən əkinçi-maldar qəbilələr yurd salmış, burada tunc və dəmir dövrlərində, eləcə də sonrakı dövrlərdə intensiv həyat olmuşdur. Bütün bunlar bölgənin çoxsaylı müxtəlif tipli arxeoloji abidələrində öz əksini tapmışdır. Belə abidələr sırasında eneolit dövrünə aid Keçili yaşayış yerini, tunc dövrünün müxtəlif mərhələlərinə aid qəbir abidələri (Osmanbozu, Qaracəmirli kurqanları), son tunc dövrünə aid Bitdili yaşayış yerini, alban dövrünə aid Alıqoca, II Keçili, Qanlıtəpə, Həsəntəpə, Tülkütəpə, Sarıtəpə, Saqqızlı, Üzümlütəpə yaşayış yerlərini, Bitdili və Daşbulaq qəbirlərini misal göstərmək olar.
Qeyd olunub ki, bu gün Şəmkirin milli-mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması, eləcə də rayonun qədim mədəni irsinin öyrənilməsi və təbliği daim diqqət mərkəzində saxlanılır. Bu günlərdə yenidənquma işləri aparılan Şəmkir Abidələr Parkındakı tarixi binalarının miniatürlərinin yeniləri ilə əvəzlənməsi həm mədəni irsimizə qoyulan dəyərin nümunəsi, həm də Şəmkirin turizm potensiyalının artırılmasına xidmət edir.
Tədbir iştirakçıları həmçinin qoruq ərazisində aparılan elmi-arxeoloji qazıntılardan sonrakı vəziyyətlə tanış olub, qədim Şəmkir şəhəri haqqında qonaqlara məlumat verilib.
Tədbirin bədii hissəsində Vətənə, milli ruha həsr edilmiş musiqilər və şeirlər səsləndirilib və rəqslər təqdim edilib.
Keçidlər