Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə 15 May - Beynəlxalq Ailə Günü münasibətilə silsilə tədbirlər keçirilib

16 may 2025 | 15:37
 
Şəmkir rayonunda 15 May-Beynəlxalq Ailə Günü münasibətilə müxtəlif tədbirlər–gənclər və yeni ailə quranlar üçün “Ailələrin qurulması və qorunması” mövzusunda maarifləndirici görüşlər keçirilib, uzunömürlü, eyni zamanda gənc ailələrə səfərlər təşkil edilib.
Tədbirlərdə çıxış edənlər Beynəlxalq Ailə Gününün tarixindən, bu günün qeyd edilməsinin əhəmiyyətindən, Azərbaycanda cəmiyyətin özəyi sayılan ailəyə həmişə böyük önəm verildiyindən, dövlətimiz tərəfindən ailələrə göstərilən diqqət və qayğıdan danışaraq cəmiyyətin formalaşmasında ailənin mühüm rolunu diqqətə çatdırıblar.
Bildirib ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu kimi milli inkişafımızda mühüm rol oynayıb. Buna görə də hazırda Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən hesab olunur.
Vurğulanıb ki, milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən Ulu Öndər Heydər Əliyev bu dəyərlərin qorunmasının vacib olduğunu bütün çıxışlarında dəfələrlə qeyd edib. Ümummilli Liderin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü şəkildə həyata keçirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər.
Keçidlər