Şəmkirdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş uşaqlar arasında mini-futbol turniri keçirildi
14 iyun 2022 | 09:37
Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü, rayon Gənclər və İdman İdarəsinin, Şəmkir Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə uşaqlar arasında mini-futbol turniri keçirilib.
Turnirin final oyununda və mükafatlandırma mərasimində Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Şəmkir şəhər İƏD üzrə nümayəndəsi Pərviz İbrahimov, Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, UGİM-nin direktoru Namiq Mahmudov və Şəmkir Olimpiya İdman Kompleksinin direktoru Mahir Şirinov iştirak ediblər.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev 15 iyun - Milli Qurtuluş Gününün mahiyyəti haqqında danışaraq bildirib ki, müstəqil Azərbaycanın var olmasının və güclü ölkəyə çevrilməsinin başlanğıc tarixi məhz 15 iyundur.
Daha sonra yarışın final oyununa start verilib.
Şəmkir Rayon Gənclər və İdman İdarəsinin UGİM-nin 8 komandasının mübarizə apardığı yarışın finalında “Təzəkənd” və “Şəmkir” futbolçuları güclərini sınayıblar.
Turnirin ən güclüsü isə Təzəkənd kəndinin eyni adlı komandasının futbolçuları olub. “Şəmkir” komandası 2-ci, “Kür” komandası isə 3-cü yerin qalibi olub.
Şəmkir RİH başçısı Rəşad Tağıyevin də iştirak etdiyi mükafatlandırma mərasimində qalib komandalar kubok, Fəxri Fərman və medallarla təltif ediliblər.