Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi

13 iyun 2024 | 15:26
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayonda fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri, ictimaiyyət nümayəndələri əvvəlcə Ümummilli liderin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən tədbirin rəsmi hissəsində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən RİH başçısı Rəşad Tağıyev Milli Qurtuluş Gününün tariximizdəki yerindən söz açaraq bildirib ki, Azərbaycan bugünkü uğurlara məhz Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində nail olub.
İcra başçısı 1993-cü ildə Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə ikinci dəfə qayıdışının ölkəmizi böyük bir fəlakətdən xilas etdiyini, vətəndaş müharibəsi astanasında duran bir xalqın öz inkişafına qovuşması üçün siyasi, iqtisadi və mənəvi bir mühit yaratdığını vurğulayıb: “Əsası Heydər Əliyev tərəfindən qoyulmuş strategiyanın reallaşması nəticəsində biz güclü və dünyada sözü keçən dövlətlərdən birini qura bildik. Ümummilli liderin görmək istədiyi suveren və ərazi bütövlüyü təmin edilmiş Azərbaycanı da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bizə bəxş etdi”.
Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev də Heydər Əliyev tərəfindən həyata keçirilən mühüm işlərdən, Ulu Öndərin xalqımız qarşısında xidmətlərindən danışıb.
Çıxışlardan sonra yerli mədəniyyət işçiləri tərəfindən Ulu öndər Heydər Əliyevin sevdiyi musiqilər səsləndirilib.
Keçidlər