Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilib.

14 iyul 2023 | 17:17
Şəmkir rayon Heydər Əliyev Mərkəzində Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 54-cü il dönümünə həsr olunmuş “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilib.
Tədbirdə Şəmkir RİH başçısının birinci müavini Süleyman Zeynallı, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon İcra Hakimiyətinin əməkdaşları, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Şəmkir rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsi qarşısına gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri çıxış edən Süleyman Zeynallı bildirib ki, Azərbaycan xalqı Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər vəzifəyə təyin olunmasını tarixi hadisə kimi qiymətləndirir: “Çünki, Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Onun vəzifəyə gəldiyi az bir müddətdə respublikada köklü dəyişikliklər, belə desək inqilab baş vermişdir. Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə sənaye, o cümlədən yüngül sənaye və kənd təsərrüfatı ən parlaq inkişaf dövrünü yaşamışdır”.
RİH başçısının birinci müavini çıxışında 90-ci ilin əvvəlində ölkəyə rəhbərlik etmiş şəxslərin yarıtmaz və naşı siyasəti nəticəsində respublikada fəlakət və sarsıntılar, ağır sosial-iqtisadi böhran, hərc-mərclik, anarxiya baş alıb getdiyini bildirib.
Keçidlər