Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü ilə bağlı dəyirmi masa keçirilib.

13 noyabr 2026 | 10:15
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva çıxış edərək Azərbaycan Respublikası Konstitusiyasının dövlətçilik tariximizdəki müstəsna rolundan, hüquqi dövlət quruculuğunun əsaslarından, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında əhəmiyyətindən bəhs edib.
Qeyd olunub ki, müstəqil Azərbaycanın ilk Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq referendumunda qəbul edilib. Bu tarixi sənəd ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun möhkəm təməlini yaradıb, dövlət hakimiyyətinin bölünməsi prinsiplərini müəyyənləşdirib və insan hüquqlarının müdafiəsini dövlətin əsas vəzifələrindən biri kimi təsbit edib. Konstitusiyanın qəbulunun Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən mühüm xidmətlərindən biri olduğu vurğulanıb.
Daha sonra Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Fariz Əhmədov, Fərman Salmanov adına məktəbin müəllimi Nərman Əhmədov və Əhməd Cavad adına məktəbin müəllimi Dilbər İslamzadə çıxış edərək Konstitusiyanın hüquq sisteminin əsasını təşkil etdiyini, qanunun aliliyinin, vətəndaş məsuliyyətinin və demokratik dəyərlərin möhkəmləndirilməsində rolunu diqqətə çatdırıblar.
Çıxışlarda Konstitusiyada insan və vətəndaş hüquq və azadlıqlarına geniş yer ayrıldığı, ölkədə hüquqi təminatların gücləndirilməsi məqsədilə müxtəlif illərdə referendumlar vasitəsilə Əsas Qanuna əlavə və dəyişikliklərin edildiyi bildirilib. Həmçinin 2016-cı il referendumundan sonra Birinci vitse-prezidentlik institutunun yaradılmasının dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm addım olduğu qeyd edilib.
Bildirilib ki, 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, Konstitusiyanın hüquqi qüvvəsi ölkəmizin bütün ərazilərində təmin edilib. Bu tarixi reallıqların 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsində mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, Konstitusiya və hüquqi dövlət prinsiplərinə həsr olunmuş film nümayiş etdirilib. Hüquqi biliklərin artırılmasının, Əsas Qanunun mahiyyətinin və prinsiplərinin, xüsusilə gənc nəslə aşılanmasının vacibliyi qeyd olunub
Keçidlər