Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş "Uşaqların yaşıl dunyası" adlı tədbir keçirilib.

01 iyun 2024 | 17:43
 
Şəmkir Rayon İcra Hakimiyyəti, Şəmkir Təhsil sektoru və Şəmkir Mədəniyyət sektorunun birgə təşkil etdiyi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində uşaqlar gününə həsr olunmuş tədbirdə şəhid və qazi övladları, şagirdlər, müəllimlər, azyaşlılar və valideyinləri iştirak ediblər.
Tədbirdən öncə məktəblilərin yaşıl dünayay həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Balacaları bayram münasibətilə təbrik edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev uşaqların Beynəlxalq Müdafiə Gününün yaranması tarixindən, tədbirin əhəmiyyətindən bəhs edib, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uşaqlara göstərilən hərtərəfli diqqət və qayğıdan danışıb. Bildirib ki, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.
İcra başçı çıxışında qeyd edib ki, dünyadakı mürəkkəb ekoloji vəziyyət, ətraf mühitə təsirlərin artan miqyası bəşəriyyət qarşısında duran bir sıra ciddi problemlərin həllini qaçılmaz edib. Məhz bu səbəbdən ölkə başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib: “Bu gün ekoloji mədəniyyətin formalaşması, ekoloji dəyərlərə sadiq müasir vətəndaşın formalaşması hər birimizin qarşısında ciddi bir vəzifədir”.
Bütün uşaqları bayram münasibətilə bir daha təbrik edən icra başçısı bəşəriyyəti narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri, onların ətraf mühitə mənfi təsiri və bu problemlərin həll edilməsində təbiətə qayğının vacibliyini bildirib.
Tədbir çərçivəsində 2023-2024-cü tədris ilində uğur qazanan şagirdlərə Şəmkir RİH başçısının Fəxri Fərmanları verilib, Şəmkir Mədəniyyət Evinin, məktəblilərin və məktəbəqədər təhsil müəssisələrinin bədii kollektivlərinin ifasında musiqilər, səhnəciklər təqdim olunub.
Keçidlər