Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir Tarix-Diyarşünaslıq muzeyi-Analoqu olmayan miniatür rəsm əsəri müxtəlif filmlərin personajlarının heykəlləri olan "Açıq muzeyi"

08 sentyabr 2023 | 12:06
Şəmkir rayon Tarix-Diyarşünaslıq muzeyi 1971-ci ildə fəaliyyət göstərir.
Hazırda muzeydə həm ölkəmizin, həm də Şəmkirin tarixini əks etdirən eksponatlar var. Bu eksponatlar turistlər üçün böyük maraq doğuracaq, onlara ölkəmizin tarixi ilə daha yaxından tanış olmaq imkanı yaradacaq. Həmçinin muzey bu bölgənin tarixinin müxtəlif dövrlərini araşdırmaq üçün mühüm əhəmiyyətə malikdir.
Muzeyin ümumi ərazisi 0,26 hektardır. İki mərtəbədən ibarət muzey binasının ümumi sahəsi isə 800 kvadratmetrdir. Muzeyin birinci mərtəbəsində iki bölmə yerləşir. Birinci bölmədə miniatür rəsm sərgisi və ekspozisiya zalı, ikinci bölmədə isə elektron informasiya lövhəsi və ekspozisiya zalı var. Muzeydə mövcud olan 6146 eksponatdan 350-si ekspozisiya zallarında sərgilənir. Bu eksponatlar əsasən qədim tunc dövrünə və XVIII-XIX əsrlərə aiddir. Qədim tarixi və geniş turizm potensialı olan Azərbaycanda belə muzeylərin yaradılması olduqca vacib məsələdir. Bu baxımdan Şəmkir Tarix-Diyarşünaslıq Muzeyinin də böyük əhəmiyyəti var.
Binanın həyətyanı sahəsində yaradılmış “Açıq muzey”də müxtəlif filmlərin personajlarının heykəlləri qoyulub. Həyətdə müasir işıqlandırma sistemi quraşdırılıb və yaşıllıq zolağı salınıb.
Tarix-Diyarşünaslıq muzeyinin birinci mərtəbəsində miniatür üslubunda çəkilən dünyada ən geniş həcmli divar rəsmi yerləşir.
Divar rəsmini xüsusi tempera boyasıyla işlənilib. Bu boya, düzgün vurulduqda, 500-600 il solmadan divarda qala bilir. Əsərdə ölkəmizin orta əsr toy adət-ənənələri, milli geyimləri, milli musiqi alətləri, Şəmkir şəhərinə aid memarlıq nümunələri olduğu kimi təsvir edilib. Burada bir dənə də olsun, təsadüfi naxış yoxdur, hamısı ən xırda detalınadək milli ornamentlərimizin nümunəsində işlənilib.
2017 -ci ilin avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkirdə əsaslı şəkildə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış olub.
𝐌𝐮𝐳𝐞𝐲𝐝ə𝐤𝐢 𝐞𝐤𝐬𝐩𝐨𝐧𝐚𝐭𝐥𝐚𝐫
İbtidai dövr – 9
Flora və fauna – 4
Arxeologiya – 521
Etnoqrafiya – 1457
Orta əsr qadın bəzək əşyaları – 39
Qədim döyüş silahları – 25
Numizmatika – 327
Yeni və müasir dövr – 4
Keçidlər