Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir şəhidini son mənzilə izdihamla yola saldı

04 avqust 2022 | 15:29
Şəhidimizin dəfn mərasimində Şəmkir RİH başçısı Rəşad Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri və yaxınları, hərbiçi yoldaşları, rayon ictimaiyyəti iştirak ediblər.
Əvvəlcə şəhidin yaşadığı evdə vida mərasimi keçirilib. Mərasimdə çıxış edən Rəşad Tağıyev şəhidin ailə üzvlərinə baş sağlığı verib, Anar kimi qəhrəmman oğullarla hər bir azərbaycanlının fəxr etdiyini vurğulayıb.
Şəhidin ailə üzvləri də, övladları ilə qürur duyduqlarını bildirib, Vətən üçün canından keçən bütün qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
Qəhrəman igidimiz Qaracəmirli kəndində torpağa tapşırılıb.
Şəhidin tabutu üzərinə sərilən bayraq icra başçısı tərəfindən onun atasına verilib.
Dəfn mərasimində şəhidin xatirəsinə yaylım atəşi açılıb.
Keçidlər